Haqqımızda

 

“QAFQAZ İNDUSTRİAL ELEKTRONİK” MMC - sənaye, istehsalat, telekommunikasiya, təhlükəsizlik və tibb sahələrində istifadə olunan cihaz və avadanlıqların platalarının (kartlarının) həmçinin onların elektron hissələrinin təmir və servisini peşəkar səviyyədə həyata keçirən bir şirkətdir. Bununla yanaşı şirkət həmçinin sənaye avtomatikasının proqramlaşdırılması xidmətlərini də müştərilərinə təqdim etməkdədir.  “Qafqaz İndustiral Elektronik” MMC elektron cihazların təmiri və servisi sahəsində ölkəmizin aparıcı sənaye, telekommunikasiya, tibb şirkətlərinin etimadını qazanaraq uğurlu əməkdaşlıq qurmağa nail olmuşdur. 
“QAFQAZ İNDUSTRİAL ELEKTRONİK” MMC  -yerli və xarici peşəkar mütəxəssislərdən ibarət heyətə, müasir texniki alət və avadanlıqlarla təchiz olunmuş servis mərkəzinə, elektron cihazların istehsalçıları ilə bir başa əlaqəyə malik yüksək texnoloji bir şirkətdir. 
“QAFQAZ İNDUSTRİAL ELEKTRONİK” MMC -müştərilərin tələb və təkliflərini nəzərə almaqla onlara marka, model fərqindən asılı olmayaraq istənilən elektron cihazların  təmiri və servisi sahəsində öz xidmətlərini təklif etməklə qarşılıqlı etimada dayanan uzunmüddətli əməkdaşlığa dəvət edir.
 “QAFQAZ İNDUSTRİAL ELEKTRONİK” MMC – nin ölkəmizdə aparıcı və iri şirkətlərdən olan Azercell Telekom, Azersun Holding, Gilan Holding, Karmen zavodları, İnterQas, Azfen, Socar, AR Müdafiə Sənayesi Nazirliyinin zavodları, Qafqaz Otelləri, Boulevard Otel, Mətanət A və s. kimi   müştərilərə malikdir.

Telefon
WhatsApp